Hindistan Cənubi Koreya ilə 100 ədəd K-9 haubitsalarının satın alınmasına dair müqavilə imzalayıb

Cənubi Koreya və Hindistan arasında K9 “Thunder” 155 mm-lik özüyeriyən habutsaların alğı-satqısına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqaviləyə əsasən Cənubi Koreyanın “Hanwa Techwin” şirkəti Hindistan Ordusu üçün 100 ədəd özüyeriyən haubitsalar istehsal edəcək.

K9 “Thunder” Hindistanda ordu sınaqlarından keçirildikdən sonra, Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi 100 ədəd haubitsanın satınalınmasını təsdiqləyib.

Hindistan versiyası K9 “Vajra-T” adlandırılacaq haubitsalar yerli “Larsen & Toubro” şirkəti ilə birgə istehsal olunacaq.

155 mm-lik özüyeriyən K9 “Thunder” habutsası adi mərmi ilə 40 km məsafədə, “ağıllı” “Excalibur” mərmiləri ilə isə 50 km məsafədə hədəfi məhv edə bilir.

K9-un çəkisi 47 t, uzunluğu 12 m, eni 3,4 m, hündürlüyü 2,73 m, ekipajı 5 nəfər, lüləsinin uzunluğu 155 mm, üzərindəki pulemyot isə 12,7 mm-lik HMG-dir.

Maşın MTU MT 881 Ka-500 səkkiz silindirli 1000 at gücündə mühərriklə təchiz olunub.

Qeyd edək ki, K9 “Thunder” habutsaları Hindistanla yanaşı Cənubi Koreya, Finlandiya, Polşa, Türkiyə, Estoniya, Norveç Ordusunun silahlanmasında yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş