Hindistan “Dhruv” helikopterlerini nümayiş etdirdi

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus Bareyli aviabazasında 10 ədəd “Dhruv” Mk-III ALH (Advanced Light Helicopter) markalı ilk yüngül çəkili helekopterin təqdimatı keçirilib. “AzeriDefence”in məlumatın görə, təqdimat mərasimi zamanı çıxış edən Hindistan HHQ-nın Allahabadda yerləşən Mərkəzi Aviasiya Komandanlığının rəhbəri, marşal P.S. Qill deyib ki, yeni helekopter yüngül çəkili olması ilə özündə çoxtəyinatlı imkanları birləşdirir.

“Hindustan Aeronautics Ltd” şirkəti tərəfindən istehsal olunan bu helekopter digərlərindən güclü “Shakti” mühərriki ilə təmin olunması, bütünlüklə şüşəli kabinə ilə örtülməsi və radio elektron avadanlığının birləşdirilmiş dəsti ilə təchiz edilməsinə görə fərqlənir. Bu imkanlar helekopteri həm gecə, həm də gündüz vaxtlarda, hərbi əməliyyat zamanı daha manevrli olmasına səbəb olur.

KATEQORIYA:
Bu xəbəri paylaş