Hindistan Embraerdən ilk AEW&C təyyarəsini aldı

Embraer şirkəti Hindistan Müdafiə Nazirliyinə sifariş verdiyi 3 ədəd EMB-145 uzaq radiolokasiya aşkar etmə təyyarəsinin Airborne Early Warning and Control (AEW&C) birincisini çatdırıb. Bu barədə “AzeriDefence” Embraer şirkətinin saytına istinadən məlumat verib.

Təyyarə yaxın vaxtlarda Hindistanın Hərbi Hava Qüvvələrində şəxsi sınaqdan keçiriləcək. Hindistan və Embraer 3 ədəd EMB-145 təyyarəsinin satın alınmasına dair sazişi 2008-ci ildə imzalayıb. Müqavilənin ümumi dəyəri 208 milyon dollar təşkil edir. EMB-145 saatda 830 kilometrə qədər sürət yığa və 3 min kilometrə qədər məsafəyə uçuşlar həyata keçirə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş