Hindistan Fransadan “Rafale” döyüş təyyarələri alır

Hindistan hökuməti Fransadan “Rafale” döyüş təyyarələrinin satınalınmasına dair sazişin imzalanmasına razılıq verib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sənədə əsasən Hindistan Silahlı Qüvvələri Fransanın “Dassault Aviation SA” şirkətindən 36 döyüş təyyarəsi alacaq.

Razılaşmanın dəyəri 9 milyard ABŞ dollarıdır. Saziş Hindistanın müdafiə naziri Manoxarom Parrikaromla onun fransalı həmkarı Jan-İvom Le Drian arasında imzalanacaq.

Bundan başqa Hindistan MBDA şirkətindən “Meteor” adlı hava-hava tipli raketlərin satınalınmasını da həyata keçirməyi nəzərdə tutub. Bildirilir ki, həmin raketlər “Rafale”yə inteqrasiya ediləcək. Adıçəkilən raketlərin uçuş məsafəsi 100 km-dir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş