Hindistan Hərbi Dəniz Qüvvələri 234 ədəd helikopter alır

Hindistanın Hərbi Dəniz Qüvvələri ümumilikdə 234 ədəd helikopter satın alınması üçün tender elan edib.

“AzeriDefence” xəbər verir ki, bu haqda məlumatı Hindistan Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Nazirlik əsasən axtarış-xilasetmə və sualtı müdafiə hərbi əməliyyatlarında istifadə edilməsi üçün 123 ədəd helikopter və yerli logistika və anti-pirat əməliyyatları üçün istifadə ediləcək 111 ədəd çoxfunksiyalı helikopter alınması ilə bağlı sənədlər paketi hazırlayıb. Müqavilənin dəyərinin təqribən 10 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Müdafiə Nazirliyinin rəsmisi, hazırlanan sənədin “Lockheed Martin”, “Bell Helikopter”, “Airbus Helikopters” və “Rusiya Vertolyotları” şirkətlərinə göndərildiyini bildirib.

Helikopterlərin, ölkənin strateji tərəfdaşlıq çərçivəsində Hindistanda istehsal edilməsi tələb edilir. Hindistanın istəyinə əsasən xarici orjinal məhsul istehsalçısı yerli bir strateji tərəfdaşla əməkdaşlıq etmək məcburiyyətindədir. Şirkətlərin hər ikisini Hindistan Müdafiə Nazirliyi seçəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş