Hindistan hərbi təyyarələri avtomagistral yolda eniş-uçuş təlimləri keçib – FOTO

Hindistan Hərbi Hava Qüvvələri təyyarələrin təlim uçuşlarını keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, təlim uçuşları Unnao şəhərindəki “Lucknow-Agra Expressway” avtomagistral yolun üzərində keçirilib.

Bildirilib ki, təlimin məqsədi müharibə zamanı təyyarələrin fövqəladə hallarda avtomobil yollarından enmə zolağı kimi istifadə edilməsində qabiliyyətlərini inkişaf etdirməkdir.

Təlimlərdə C-130J “Super Hercules” hərbi nəqliyyat təyyarəsi, “Mirage-2000”, SEPECAT “Jaguar”, “Suxoy” Su-30 döyüş təyyarələri nümunəvi manevrlər ediblər.

Çoxsaylı əhalinin izlədiyi uçuşlarda hərbi təyyarələr “Lucknow-Agra Expressway” avtomagistral yolunda eniş və uçuş qabiliyyətlərini nümayiş etdiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş