
Hindistan HHQ 106 ədəd HTT-40 təlim-döyüş təyyarəsi sifariş edib
Hindistan Müdafiə Nazirliyi 1.17 milyard ABŞ dolları dəyərində təlim-döyüş təyyarələri və silah sistemlərinin satın alınmasını təsdiqləyib.
Azeri Defence saytının “Janes” nəşrinə istinadən verdiyi məlumata görə, satınalama proqramı çərçivəsində Hindistanın Hərbi Hava Qüvvələrə 106 ədəd HTT-40 (“Hindustan Turbo Trainer-40”) təyyarəsi tədarük ediləcək.
Hindistanın HAL (“Hindustan Aeronautics Limited”) şirkəti tərəfindən ilkin olaraq HHQ-ə 70 ədəd turboprop mühərrikli HTT-40 təyyarəsinin çatdırılması planlaşdırılıb.
Təlim-döyüş təyyarələrinin ilk partiyası sifarişçiyə çatdırıldıqdan sonra növbəti 36 ədəd HTT-40 təyyarəsinin istehsalı başlanacaq.
KATEQORIYA: Xəbərlər