Hindistan INSAS sistemi üçün hücum tüfəngləri almaq istəyir

Hindistan INSAS (Infantry Soldier as a System) sistemi üçün 66 min ədəd 5,56 mm-lik hücum tüfəngləri almaq istəyir.
“AzeriDefence”nin məlumatına görə, sövdələşmənin məbləği 200-300 milyon dollar civarında qiymətləndirilir.

Hindistan Müdafiə Nazirliyi layihə üzrə təkliflər sorğusunu 2011-ci ilin noyabrında 40 ölkədən istehsalçılara göndərib. Satınalmanın dəyəri 200-300 mln. ABŞ dolları qiymətləndirilir.

“Janes Defence Wekly” nəşrinin məlumatına görə, aprelin 9-dək tenderə İsrailin IWI, İtalyanın “Beretta”, Amerikanın “Colt” və “Sig Sauer”, həmçinin bir çex şirkəti təkliflərini verib.

Texniki tapşırığa əsasən 5,56×45 mm-lik güllələrdən atəş açan hücum tüfənginin satın alınması nəzərdə tutulur. Bu tüfənglərin çəkisi 3,6 kq ötməməlidir. Silah lülənin və darağın əvəzlənməsi yolu ilə 7,62×39 mm-lik güllələrdən də atəş açma qabiliyyətinə malik olmalıdır. Bununla yanaşı, silahın konstruksiyası lülə altı qumbaraatanının quraşdırılmasına və milli istehsal olan döyüş sursatlar ilə atışının aparılmasını təmin etməlidir.

Tenderə təklif olunan silahlar ilin sonuna, gələn ilin əvvəllərinədək sınaqlardan keçəcək. Çatdırmalara isə müqavilə imzalanandan sonra 18-24 ay sonra başlanacaq.

Nəşrin məlumatına görə, Hindistan Silahlı Qüvvələrinin ümumi ehtiyacı 2 milyondan 3 milyona qədər hücum tüfəngi təşkil edə bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş