Hindistan İsraildən 3 milyard dollar dəyərində hərbi texnika alır
Hindistan hökuməti İsraillə müxtəlif tipli hərbi texnikanın alınması üçün müqavilə imzalamağa hazırlaşır.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu açıqlamanı Hindistanın baş naziri Narendrı Modi İsrail səfəri zamanı yerli mediaya verib.
İsrail mediası isə əlavə olaraq bildirilib ki, müqavilənin dəyəri 3 milyard ABŞ dolları dəyərindədir.
İlkin xəbərə əsasən, Hindistan İsraildən radiolakasiya sistemi daşıyan 2 ədəd “Falkon” təyyarəsi, o cümlədən radiolakasiya qurğusu olan aviasiya və idarəolunan zenit kompleksi üçün raketlər almağı nəzərdə tutub.