Hindistan İsraildən “Barak-8” alır
Hindistan Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri İsrail istehsalı olan raket kompleksi ilə təchiz olunacaq.
“AzeriDefence” xarici mətbuata istinadən verdiyi məlumata görə, Hindistan “Israel Aerospace Industries” (İAİ) şirkətindən “Barak-8” zenit raket kompleksi (ZRK) alınması ilə bağlı müqavilə bağlandığını bəyan edib.
Kompleksin hazırlanması Hindistan-İsrail hərbi əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Müqaviləyə əsasən 4 ZRK Hindistana təhvil veriləcək.
Razılaşmanın dəyəri isə 630 milyon dollar olacaq.
Raketlər Hindistan istehsalı olan mühərriklərlə təchiz olunur.
Qeyd edək ki, bir ay əvvəl İsrail və Hindistan “Barak-1” kiçik məsafəli idarə olunan raketlərinin tədarükü haqqında saziş imzalayıblar.