Hindistan Ordusu “Akaş” ZRK-ləri alır

Hindistan Quru Qoşunları “Akaş” (“Akash”) zenith-raket kompleksi alır

“AzeriDefence”nin xarici mətbuata istinadən məlumatına görə, Hindistan Quru Qoşunlarının iki alayı üçün dəyəri 180 milyard rupi olan “Akaş” milli zenith-raket kompleksləri almağı planlaşdırır. Komplekslərin alınmasının 2018-ci ilin dekabrında həyata keçəcəyi güman edilir.

Məlumatda qeyd olunur ki, Hindistan Ordusunun 4 alayının yaxın məsafəli ZRK-ya ehtiyacı var. 2015-ci ilin mayında “Akaş”ın nəqlini nəzərdə tutan müqaviləyə əsasən, iki alay üçün texnika alınıb. Onlardan biri tam döyüş hazırlığı vəziyyətindədir. İkincisi isə yaxın aylarda döyüşə hazır vəziyyətə gətiriləcək. Bu komplekslərin müqavilə dəyəri 140 milyard rupi təşkil edib (2,12 milyard dollar).

Yeni alaylar üçün ZRK komplekti kompaktlıq və mobilliyi təmin etməyə hesablanmış modernizə edilmiş layihə üzrə hazırlanacaq. Qərara baxmayaraq Quru Qoşunları komandanlığı düşünür ki, bu raketlər operativ reaksiya tələb edən hava hədəflərini məhvetmə əməliyyatlarında istifadə üçün yararsızdır. ZRK tərkibinə daxil olan “Radjendra” radarının yüksək radiolaksiya siqnalları olduğuna görə düşmən tərəfindən rahatlıqla aşkarlanır.

Hindistanda “Akaş” raket komplekslərinin işlənib hazırlanması 1983-cü ildən başlanılıb. Kifayət qədər uzun müddətdən sınaqlar keçdikdən, kompleks tamamlandıqdan sonra 2015-ci ildə ordu silahlanmasına daxil edilib.

Raketin start çəkisi 720 kiloqram, döyüş başlığı isə 60 kiloqramdır.

KATEQORIYA:
Bu xəbəri paylaş