Hindistan Rusiya ilə birlikdə 200 ədəd Ka-226T helikopteri istehsal edəcək

Rusiya və Hindistan Ka-226T helikopterin birgə istehsalını təşkil edəcək.

“AzeriDefence”nin məlumatına görə, bunu  “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov bildirib.

2015-ci ildə Rusiya və Hindistan arasında helikopterlərin birgə istehsalına dair əməkdşlıq haqqında müqavilə imzalanıb. 2016-cı ilin oktyabrında isə Ka-226T helikopterin istehsalı üzrə birgə şirkətin yaradılmasına başlanılıb.

Ümumi məbləği 1 milyard dollar təşkil edən müqavilə çərçivəsində 200 ədəd helikopter istehsal olunmalıdır. Əldə olunan razılığa əsasən 40 ədəd Ka-226T helikopteri Rusiyanın Kumertau və Ulan-Udedə yerləşən müəssisələrində, 160 helikopter isə Hindistan ərazisində lisenziya ilə istehsal ediləcək.

Ka-226T yüngül çoxməqsədli helikopterin çəkisi 3.4 ton təşkil edir.

Gediş ehtiyyatı 600 km olan helikopter 1.5 ton yük və ya 7 personal daşımaq qabiliyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş