Hindistan Rusiyadan S-400 alır

Hindistan Rusiyadan S-400 “Triumf” zenit raket sistemləri almağı planlaşdırır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, Hindistanın müdafiə naziri Manoxar Parrikar ölkə parlamentinin müraciətinə cavab məktubunda bildirib ki, bununla bağlı təklif rəsmi Moskvanın diqqətinə çatdırılıb.

Məlumatda o da qeyd olunub ki, Hindistan ilk olaraq bu ZRS-dən 5 divizyon almağı nəzərdə tutub. Proses 2017-2022-ci illərin silahlanma proqramına salınıb.

Nazir bundan başqa Rusiyadan Su-30 MKİ döyüş təyyarələrinin təlim simulyatorlarının alınacağını da məktubunda vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş