Hindistan S-70B hərbi helikopterlərdən imtina etdi

Hindistan S-70B hərbi nəqliyyat helikopterlərindən imtina edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, Hindistan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri üçün keçirdiyi helikopter tədarükü tenderini dayandırıb. Müdafiə Nazirliyi “Lockheed Martin” şirkətiylə aparilan danişiqlardan sonra bu addımı atıb.

Bunun ardından Hindistan Müdafiə Nazirliyi 1.87 milyard ABŞ dolları dəyərində 24 ədəd istifadəyə hazır helikopterlərin tədarükünə dair yeni plan hazırlayıb.

Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyi 2008-ci ildə 16 ədəd çoxməqsədli hərbi dəniz helikopterləri üçün tender elan edib və “Sikorsky”, “AgustaWestland” ve EADS şirkətləri ilə görüşlər keçirib. S-70B helikopteri üzərində dayanan Hindistan Müdafiə Nazirliyi “Lockheed Martin” şirkətiylə aparılan daşıqlarda qiymət təklifilə razılaşmayıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş