Hindistanda “Stinger”in istehsalına başlanılır – FOTO

“Raytheon” və “Tata Advanced Systems” şirkətləri FIM-92 “Stinger” daşınan zenit-raket kompleksinin komponentlərinin Hindistanda birgə istehsalına dair memorandum imzalayıblar.

“AzeriDefence”nin “indiatimes.com”a istinadən verdiyi məlumatına görə, istehsal “Make in India” proqramı çərçivəsində həyata keçiriləcək.

Hökumətin qərarına əsasən, silahlanmaya yalnız Hindistanda istehsal olunan hərbi vasitələr qəbul oluna bilər.

Qeyd edək ki, ABŞ istehsalı olan “Stinger” daşınabilən zenit-raket kompleksi silahlanmaya 1981-ci ildə verilib.

Silahın ilk nümunəsi alçaqdan uçan aviasiya vasitələrinin məhv edilməsi üçün idisə, modernləşmədən sonra “Stinger” helikopter və təyyarələrin arsenalına da inteqrasiya olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş