Hindistanın 100 ədəd 155 mm-lik FH-77B haubitsası alır

Hindistanın Quru Qoşunları “Ordnance Factory Board” (OFB) şirkəti ilə 100 ədəd 155 mm-lik haubitsanın satın alınmasına dair müqavilə imzalayıb. Bu barədə “AzeriDefence” PTİ agentliyinə istinadən məlumat verib.

FH-77B haubitsaları İsveçin “Bofors” şirkətinin lisenziyası alınaraq istehsal ediləcək.

Razılaşmanın məcmu dəyəri barədə açıqlama verilməyib. İlk haubitsaların cari ilin sonuna kimi hind ordusunun silahlanmasına daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, 1980-ci illərdə “Bofors” şirkəti OFB-yə 1000 ədəd FH-77B haubitsasının istehsalı üçün lisenziya verib. Həmin müqavilə üzrə Hindistan Ordusuna 410 haubitsa çatdırılıb. Lakin müqavilə bəlli olmayan səbəblərdən tam yerinə yetirilməyib.

Hindistan artilleriya sistemlərinin müasirləşdirməsi proqramı çərçivəsində yaxın bir neçə il ərzində təxminən 4 mlrd. dollar sərf etməyi planlaşdırır.

KATEQORIYA:
Bu xəbəri paylaş