Hindistanın ballistik raket sınağı uğursuzluqla nəticələnib

Hindistan Müdafiə Araşdırma və İdarəetmə Təşkilatı (DRDO) K-4 indeksli ballistik raketi test edib.

“AzeriDefence”nin “The Print” nəşrinə istinadən xəbər verir ki, sualtı gəmidən atılan K-4 ballistik raketin sınaqları uğursuzluqla nəticələnib.

Raketin atış anında baş verən uğursuzluğun səbəbi hələki məlum deyil. İlkin versiyaya görə, K-4-ün buraxilmasından dərhal sonra, raketin atəş sistemində yaranan nasazlıq səbəb ola bilər. Lakin əsas səbəbin təsdiqlənməsi üçün daha çox araşdırma aparılması lazımdır.

Məlumatda o da qeyd olunub ki, qatı yanacaqla işləyən mühərriklə təchiz edilən K-4 ballistik raketi Hindistan Hərbi Dəniz Qüvvələrinin invertarında yer alan “Arixant” (NATO kod adı INS Arihant) atom sualtı gəmisində istifadə olunması üçün hazırlanıb.

Bu günə qədər K-4 ballistik raketin üç sınağı keçirilib. Onlardan ikisi uğursuzluqla nəticələnib.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş