HİSAR-A zenit-raket kompleksinin seriyalı istehsalı başlayıb

HİSAR-A zenit-raket kompleksinin seriyalı istehsalı başlayıb

Türkiyənin HİSAR-A aşağı yüksəklikli hava hücumundan müdafiə sisteminin seriyalı istehsalı həyata keçirilir.

“AzeriDefence”nin məlumatına görə, bunu NTV televiziya kanalına açıqlamasında Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sədri İsmail Dəmir deyib.

Türkiyənin milli imkanlar hesabına hazırladığı HİSAR-A zenit-raket kompleksinin radar, komanda kontrol və atış kontrol sistemləri ASELSAN, raket sistemləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur.

Layihədə Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən çox sayda firma yer alır. “Hisar-A” zenit raket kompleksinin atış mənzili minimum 2 km, maksimum 16 km-dir.

KATEQORIYA:
Bu xəbəri paylaş