“Hisar-A” ZRK-nin qəbul sınaqları başa çatıb

“Hisar-A” ZRK-nin qəbul sınaqları başa çatıb

Türkiyənin ROKETSAN və ASELSAN şirkətinin birgə istehsal etdiyi “Hisar-A” aşağı yüksəklikli hava hücumundan müdafiə sisteminin Türkiyə Ordusu tərəfindən müayinə və qəbul sınaqları tamamlanıb.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən məlumat verib.

MSB bu ilin martın 30-da başlayan raket buraxma sistemi (FFS- Füze Fırlatma Sistemi) ilə raket daşıma və yükləmə sisteminin (FTYS – Füze Taşıma ve Yükleme Sistemi) müayinə və qəbul fəaliyyətlərinin aprelin 5-də uğurla tamamlandığını bildirib.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş