Hollandiya Ordusu “Excalibur” idarəolunan mərmiləri alır

Hollandiya Ordusu “Excalibur” idarəolunan mərmiləri alır

ABŞ Dövlət Departamenti Hollandiyaya “Excalibur” Increment IB M982Al idarəolunan mərmilərin satışına icazə verib.

Bu barədə “AzeriDefence” ABŞ-ın Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Agentliyinə istinadən məlumat verib.

Dəyəri 40,55 milyon ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Hollandiya 199 ədəd “Excalibur” mərmisi alacaq.

Hollandiya bu mərmiləri PzH2000NL özüyeriyən haubitsalarda istifadə edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş