Hollandiya yeni “Bushmaster” zirehli maşınları alır

Hollandiya yeni “Bushmaster” zirehli maşınları alır

“Thales Australia” şirkəti ilə Hollandiya arasında 6 ədəd “Bushmaster” zirehli maşınların tədarükünə dair müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Australian Defence” nəşri məlumat yayıb.

Müqaviləyə əsasən nəqliyyat vasitələri 2021-ci ildə sifarişçiyə təhvil veriləcək. Maşınların 5 ədədi zirehli ambulans, 1 ədədi zirehli personal daşıyıcıdır.

4×4 təkər formuluna malik “Bushmaster” maşını mobil olmaqla yanaşı yüksək ballistik müdafiyə, mina və əldə qayırma partlayıcı qurğulara (IED) qarşı qorumanı təmin edir.

Qeyd edək ki, hazırda “Bushmaster” zirehli maşını Avstraliya, Yaponiya, İndoneziya, Hollandiya, Yeni Zelandiya və Böyük Britaniya daxil olmaqla səkkiz ölkənin silahlı qüvvələrində xidmət göstərir.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş