Hollandiyada modul konstruksiyalı döyüş gəmisi tikilib – FOTO

Hollandiyanın “Damen Shipyards” (Damen tərsanə) şirkəti “Sigma 6110” korvet tipli gəminin təqdimatını keçirib.

“AzeriDefence”nin “navyrecognition”a istinadən verdiyi  məlumatına görə, modul konstruksiyalı gəminin uzunluğu 61 m, eni 10 m, subasımı 639 tondur.

İstehsalçı şirkətin mütəxəssisləri deyib ki, gəminin ümumi həcmi çox da böyük olmasa da güclü raket kompleksi ilə təchiz edilə bilər.

“Sigma 6110”nun baza silahlanmasına 76 mm-lik avtomatik top, VL MICA sinifli “səth-hava” tipli, o cümlədən idarə olunmayan raket kompleksi və kiçik çaplı toplar yer alıb.

Gəminin maksimum sürəti 32 uzl, üzmə ehtiyatı 6 min mil, şəxsi heyəti 30 nəfərdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş