Horten Ho IX: Hitlerin havada son ümidi

“National Interest” jurnalının şərhçisi Sebastyan Roblin hesab edir ki, “Horten Ho IX” eksperimental təyyarəsi ikinci dünya müharibəsinin gedişini dəyişmək iqtidarında idi.

“AzeriDefence”nin xarici mətbuata istinadən məlumatına görə, Amerika korporasiyası olan “Northrop Grumman” yeni B21 stels bombardmançı təyyarəsinin hazırlanmasını 2015-ci ildə elan edib. Yeni gözəgörünməz bombardmaçının “uçan qanad” sxemi üzrə yaradılacağı planlaşdırılır. Ancaq bu tipli ilk reaktiv təyyarə nasist Almaniyasına xidmət etmiş Horten qardaşları tərəfindən ixtira edilmiş, bu layihə “Hitlerin gözəgörünməz qırıcıları” titulunu almışdı.

“Horten Ho IX” təyyarəsinin hazırlanmasına aviasiya naziri German Henrinq təşəbbüs edib. O, mühəndislərin qarşısına təyyarəni bu texniki göstəricilərlə yaratmaq məqsədi qoymuşdu – 1000 kq yük götürmə qabiliyyətinə malik olmalı, uçuş uzaqlığı ən azı  1000 kilometrdə bomba yüklənməsi və sürəti 1000 km/saata kimi yüksəlməlidir. “Uçan qanad” sxemi üzrə hazırlanmış təyyarənin layihəsi Horten qardaşları tərəfindən nümayiş etdirilmişdi. Hazırlanan layihə orijinal aerodinamik sxeminə malik idi. Bu sxem havanın müqavimətini azaltmaq, yanacağı qənaətlə istifadə etmək və ən yeni reaktiv mühərriklərdən istifadə etmək iqtidarında olacaqdı. Layihə tezliklə bəyənilmiş, bu təyyarədən 40 ədəd istehsal edilməsi üçün sifariş verilmişdi.

1945-ci ilin fevralında təyyarənin silsilə sınaq təlimləri keçirilib. Bu ərəfədə (aprel ayında) müttəfiq qoşunları təyyarələrin istehsalının həyata keçirildiyi Fridrixrod şəhərinə hücum edərək şəhəri tutması ilə prosesə nöqtə qoyulmuş oldu.

S.Roblin hesab edir ki, “Horten Ho IX” təyyarəsi heç də ifadə edildiyi kimi stels olmayıb. Təyyarənin havada üstünlüyü, uçuşun yüksək sürətlə təmin olunması ilə əlaqədar idi. İkinci Dünya Müharibəsi zamanı “Horten Ho IX” əsl vahiməli təyyarə ola və balansı Almaniyanın xeyrinə dəyişə bilərdi. Amma müharibənin sonunadək təyyarə, kütləvi seriyalı istehsala hazır deyildi.

KATEQORIYA:
Bu xəbəri paylaş