Hovannisyan erməni mövqelərinə taran edən Azərbaycanın kamikadze PUA-larını da vurulmuş sayır

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Arcrun Hovannisyan ölkə daxilində yaşanan psixoloji gərginliyi aradan qaldırmaq məqsədi ilə Azərbaycan tərəfinin çox sayda itkilər verməsi barədə əsası olmayan rəqəmlər səsləndirir.

Azeri Defence saytının məlumatına görə, hətta iş o yerə çatıb ki, Hovannisyan Azərbaycan tərəfinin itkiləri ilə bağlı səsləndirdiyi məlumatların bəzilərini inandırıcı görünməsi üçün əvvəlcədən “studiyada hazırlanmış” videolarla da isbat etməyə çalışır.

Ermənistan Müdafiə Nazirliyinin yalanlarını sübut edən məlumatlardan birini  – “Azərbaycan tərəfinin F-16 təyyarələrindən istifadə etməsini” Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı da təkzib edib. Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasında qərb – Amerika istehsalı olan təyyarələri mövcud deyil.

Bundan əvvəl isə Azərbaycanın bir ədəd An-2 təyyarəsini vurduqlarına dair məlumat yayır.

Azərbaycan HHQ-nin silahlanmadakı MiQ-29, Su-25, Su-24 kimi təyyarələri qoyub, heç bir qoruması olmayan “kukruznik”lərdən n döyüşdə istifadəsi yalnız təyyarə maketlərinin kolleksineri olan Arcrun Hovannisyanın beyin məhsulu ola bilər.

Hovannisyanın gündəlik şişirtdiyi rəqəmlərdən biri də “cəbhədə vurulan PUA-lardır”. Nazirlik rəsmisi hətta bir qədər irəli gedərək, Azərbaycanın cəbhənin strateji dərinliyində erməni hərbçilərini, döyüş texnikasını “ovlayan” kamikadze-PUA-larını da “vurulmuş” adıyla ictimaiyyətlərinə sırıyır. Bu günədək guya “35 ədəd PUA vurduqlarını” deyir.

Halbuki “Harop”, “SkyStriker” və “Zərbə” kamikadze PUA-ları yayımlanan videolardan göründüyü kimi düşmən mövqelərinə taran edərək özünü və hədəfi məhv edir.

KATEQORIYA:
Bu xəbəri paylaş