Hövsan yaşayış kompleksində 436 hərbi qulluqçuya mənzil verilib

Hövsan yaşayış kompleksində 436 hərbi qulluqçuya mənzil verilib

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  bu yaxnlarda Suraxanı rayonunun Hövsan qəsəbəsində açılışı olmuş yeni yaşayış kompleksində hərbi qulluqçular üçün tam təmirli 436 mənzil ayrılıb.

Bu barədə “AzeriDefence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mənzillər tam təmirli olmaqla  yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib.

Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb,  uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb.

Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş