Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb

Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.

Bu bardə “AzeriDefence”ə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib.

Prezidentin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən MİDA-nin Hövsan Yaşayış Kompleksində yerləşən 2962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılıb.

Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.

Xatırladaq ki, MİDA tərəfindən dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1112 mənzil ayrılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş