“Hraparak”: Ermənistanın səfərbərlik ehtiyatını formalaşdıran şəxslərin 90 faizi ölkəni tərk etməkdədir

Ermənistanın “Hraparak” qəzetində erməni ordusundakı vəziyyət və cəmiyyətin münasibəti ilə bağlı “Gözə kül üfürmək üçün ordunun yeni konsepsiyası” adlı yazı dərc olunub.

“AzeriDefence”nin məlumatına görə, yazıda Ermənistan Müdafiə Nazirliyinin tələbələr üçün “Şərəf hesab edirəm” və çağırışçılar üçün “Bu mənəm” proqramlarından söz açılıb.

Mənbə olaraq danışan Ermənistan Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən zabiti deyib ki, ölkənin hərbi rəhbərliyi bu proqramları həyata keçirməklə ordunun komplektləşməsinə nail olmağa çalışırlar. Bu isə müharibə edən ordu üçün əsas amil deyil. Çünki ordunun ehtiyyat bazası dağılmaq üzrədir. Belə ki, Ermənistanda silahlı qüvvələrin səfərbərlik zamanı ehtiyatını formalaşdıracaq şəxslərin 90 faizi ölkəni tərk etməkdədir.

Onun sözlərinə görə, “Şərəf hesab edirəm” və “Bu mənəm” proqramları da cəmiyyətdə orduya inam və etibarı təlqin edə bilmir: “Bunun səbəblərindən ən önəmlisi isə budur: Zabitlər güc strukturunda rəhbər vəzifələrdə həqiqi hərbi xidmətdə olmuş şəxslərin və sosial ədalətin bərpasını istəyirlər. Bunların olmaması isə zabit heyəti ilə yanaşı, orduya maraq göstərən gənclərə də sirayət edir. Yalançı konsepsiya isə heç kimə gərək deyil və bununla kimisə nəyəsə inandırmaq olmaz”.

Dünyanın aparıcı ali məktəblərinin məzunu olmuş şəxslərə Ermənistan Ordusunda maliyyə həvəsləndirmələri ilə xidmətin təklif olunması məsələsinə aydınlıq gətirən zabit qeyd edib ki, bu, ideya olaraq yaxşı ideyadır: “Amma Ermənistanda nadir hallarda orta statistik ailədən uşaqlar xariclə təhsil almağa müvəffəq olur. Bundan yalnız əhalinin zəngin təbəqəsinin uşaqları yararlanırlar. Hansılar ki, heç vaxt və hansısa pul müqabilində erməni ordusuna getməyəcəklər. Səbədi də sadədir: onlar pula ehtiyac duymurlar”.

Dağlıq Qarabağda döyüşmüş, “Döyüş xaçı” ordeninin sahibi erməni hərbçisi Vahan Badasyan Müdafiə Nazirliyinin fəaliyyətini tənqid edib. V.Badasyan deyib ki, “gəncləri “küçə”dən toplayırlar, gözlərinə kül üfürürlər və orduya zabit kimi qəbul edirlər. Bu absurd yanaşmadır”.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş