Hərbi forumda Azərbaycanın Rusiyadan aldığı “Buratino”ların fotoları yayıldı – FOTO

Hərbi forumlarda Azərbaycanın Rusiyadan TOS-1 “Buratino” özüyeriyən reaktiv odsaçan almasını təsdiqləyən fotolar yayılıb. “AzeriDefence”nin məlumatına görə, “Militaryphotos.net” saytında bu yeni texnikaların Bakıya gətirilməsini və Azərbaycan hərbçiləri tərəfindən istifadəsini təsdiqləyən şəkillər yer alıb.

Digər şəkil isə Azərbaycanın Rusiyadan satın aldığı “Msta-S” özüyeriyən haubitsaları ilə bağlıdır.

Qeyd edək ki, TOS-1 “Buratino” sistemi hazırda Rusiya və Qazaxıstan Silahlı Qüvvələrinin arsenalına daxildir.

Xatırladaq ki, bir neçə gün əvvəl “AzeriDefence” Azərbaycanın Rusiyadan “Msta-S” tipli özüyeriyən artilleriya sistemi aldığını və həmin sistemin iyunun 26-da Bakıda hərbi paradda nümayiş olunacağını xəbər verib.

KATEQORIYA:
Bu xəbəri paylaş