Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru quşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş