Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb.

Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş