Hərbi paradda daha iki yeni texnika görünəcək, T-72 tankları olmayacaq – SON XƏBƏR

Hərbi paradda daha iki yeni silah sisteminin nümayiş olunması gözlənilir. Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Məlumata görə, bu ilki parada ilk dəfə olaraq BMP-T “Terminator” tanklara atəş dəstəyi maşını və “Spyder” zenit-raket kompleksi də çıxarılacaq.

Paradın təşkilində iştirak edən Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi isə “AzeriDefence”nin əməkdaşının adıçəkilən texnikaların paradda yer alıb-almayacağı barədə sualına “hər şeyi paradda görəcəksiniz”, – cavabın verərək xəbəri nə təsdiq, nə də təkzib edib.

Azərbaycan BMP-T “Terminator” sistemlərini Rusiyadan, “Spyder” ZRK-ləri isə İsraildən alıb.

Dəqiqləşdirilmiş məlumatlara görə, bu ilki paradda Azərbaycan Ordusunun silahlanmasında yer alan T-72 tankları iştirak etməyəcək. Onları T-90S tankları əvəzləyəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş