Hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin sayı məhdudlaşdırılır

Azərbaycanda hərbi xidmətdən möhlət hüququ verilən şəxslərin sayı məhdudlaşdırılır.

“AzeriDefence”nin məlumatına görə, prezidentin sərəncamı ilə ötən gün təsdiq olunmuş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əlavə bundan sonra hərbi xidmət keçməkdən möhlət hüququ yalnız müvafiiq icra hakimiyyəti orqanı tərəfindən xarici ölkələrin siyahısı təsdiq edilmiş ali təhsill müəssisələrində əyani təhsil alanlara veriləcək.

Başqa sözlə, hökumətin siyahısında olmayan Ukrayna, Rusiya, Gürcüstan kimi ölkələrdə fəaliyyət göstərən hansısa X Universitetinə diplom almaq üçün adını yazdıranlar hərbi xidmətdən möhlət hüququ ala bilməyəcək, hərbi xidmətə çağırılacaqlar.

Dəyişikliklə xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək bir dəfə möhlət hüququ veriləcək.

Qeyd edək ki, buna qədər təsdiq olunmuş siyahı üzrə deyil, istənilən xarici ölkənin ali təhsil müəssisəsində əyani formada təhsil alan şəxslər də təhsili bitirənədək birdəfəlik möhlət hüququ ala biliblər.

KATEQORIYA:
Bu xəbəri paylaş