Hulusi Akar: “ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı təcavüzdən çəkindirməlidir”

Hulusi Akar: “ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanı təcavüzdən çəkindirməlidir”

Türkiyə Ermənistanın təcavüzünü qəti şəkildə pisləyir və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

Azeri Defence saytının Türkiyənin Milli Müdafiə Nazirliyinin mətəbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Hulusi Akar “Turkish Heritage Organization” təşkilatının onlayn təşkil etdiyi “Türkiyənin milli müdafiə strategiyası və bölgəki son hadisələr” panelində çıxışı zamanı bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyət, Ermənistanı bu cür hücumlardan çəkindirməli və bu problemin həlli üçün konstruktiv bir üsul qəbul etməsi barədə xəbərdarlıq etməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş