Hulusi Akar: Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməklə müqəddəs vəzifəsini yerinə yetirib

Hulusi Akar: Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməklə müqəddəs vəzifəsini yerinə yetirib

Bəzi qərb siyasətçiləri “Azərbaycan ordusu Qarabağı yandırdı və yıxdı” deyirlər. Bu qeyri-real açıqlamalar tamamilə səhv qiymətləndirmələrdir.

“Azeri Defence” saytının məlmata görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar TUSAŞ şirkətinə ziyarəti zamanı deyib.

Hulusi Akar bildirib ki, Azərbaycan ordusu Qarabağda beynəlxalq hüquqa zidd heç bir şey etməyib: “Gördüyü işin həqiqəti və mahiyyəti 30 ildən bəri işğal altındakı öz torpaqlarının azad edilməsindən ibarətdir. Hər kəs bunu bilməlidir.  Bu cür çıxışlarla Azərbaycan ordusunu günahlandırmaq kimi səhv etməməlidirlər.

Azərbaycan ordusunu “yandırıb-yıxmaqla” ittiham etmək həqiqətən böyük bir qəflətdir, həqiqətən böyük bir səhvdir. İnsanın vətənini qorumaq, işğal altındakı torpaqlarını azad etməsi müqəddəs bir vəzifədir.

Azərbaycan ordusunun etdiyi şey budur. Üstəlik, Ermənistan ordusu bütün dünyanın gözü önündə Azərbaycanan yaşayış məntəqələrini, şəhərlərini bombaladı. Bütün dünya bunu gördü, amma bəziləri hələ də kor, hələ də kardır. Bunların müasirlikdən, insan haqlarından, demokratiya, bitərəflik haqqında danışmaları əslində düzgün deyil”.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş