Hulusi Akar: Azərbaycan Ordusu Qarabağı silah sistemlərimizin tətbiqi ilə xilas etdi

Hulusi Akar: Azərbaycan Ordusu Qarabağı silah sistemlərimizin tətbiqi ilə xilas etdi

Türkiyə istehsalı olan silah sistemlərinin imkanları, yaxın zamanda Azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmək mücadiləsində də öz gücünü açıq şəkildə göstərdi.

“Azeri Defence”nin məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Qəhrəman Azərbaycan Ordusu Vətənin bütövlüyü uğrunda əməliyyatları böyük bir uğurla həyata keçirərək Qarabağı 30 il davam edən Ermənistan işğalından yerli və milli silah sistemlərimizin tətbiqi ilə 44 gündə xilas etdi.

Bu gün bütün dünyada yerli və milli silah sistemlərimizin əməliyyatların gedişatındakı həlledici təsirləri müzakirə olunur və diqqətlə izlənilir”, – deyə Hulusi Akar bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş