
Hulusi Akar Birgə Mərkəzdə xidmət edəcək hərbçilərlə görüşüb
Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edəcək hərbçilərlə görüşüb.
Bu barədə “Azeri Defence” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
“Türk hərbçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar. Birgə Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq.
Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”, – deyə Türkiyənin Milli Müdafiə naziri vurğulayıb.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet