Hulusi Akar: “Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla başından böyük işlərə girişib”

Hulusi Akar: “Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla başından böyük işlərə girişib”

Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla başından böyük işlərə girişib.

Azeri Defence saytının məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Anadolu Ajansı”nda çıxışı zamanı deyib.

“Azərbaycan türkü bizim öz qardaşımızdır. Biz bir millət, iki dövlətik. Türkiyə qardaşlığın, haqqın və hüququn tərəfindədir. Türkiyə Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonuna təcavüzünü qəti şəkildə pisləyir. Ortada bir səbəb olmadan sərhəddə təxribat törətməyi qınayırıq. Ermənistan ağılla, məntiqlə işlər görmür. Ermənistan arxasındakı bəzi güclərdən dəstək almaqla başından böyük işlərə girişib. Ötən müddət ərzində bunun mümkün olmadığını görməli idilər”, – deyə Türkiyənin Milli Müdafiə naziri vurğulayıb.

Hulusi Akar bildirib ki, ABŞ və beynəlxalq ictimaiyyət Ermənistanın bu cür hücumlarına münasibət bildiriməli və onları təxribatdan çəkindirməlidir.

“Genişmiqyaslı hərbi təlimlər ilə Azərbaycan türkünün yanında olduğumuzu bir daha göstərdik və bundan sonra da haqlı mücadiləsində Azərbaycanlı qardaşlarımızın yanındayıq”, – deyə Türkiyənin Milli Müdafiə naziri bəyan edib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş