Hulusi Akar: Ermənistan müharibə cinayətləri törədir

Hulusi Akar: Ermənistan müharibə cinayətləri törədir

Dünyada sülhü və asayişi təmin etmən üçün yaradılmış təşkilatlar Ermənistanın 30 ildir davam edən zülmünü, işğalını və hazırda da davam edən canilikləri qarşısında nə zaman səslərini yüksəldəcəklər? O gün bu gündür.

“Azeri Defence” saytının məlumatına görə, bunu “Anadolu” tərsanəsində Qətər Hərbi Dəniz Qüvvələri üçün inşa edilən təlim gəmisinin dənizə endirilmə mərasimində çıxış edən Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bildirib.

Nazir bəyan edib ki, 30 ildir Azərbaycan torpaqlarının 20%-nin işğalına səs çıxarmayanların atəşkəs çağırışı yerinə, işğalçı Ermənistanın Qarabağdan çıxarılmasını təmin etməsi doğru və həqiqi niyyətli olardı.

“Xocalıda barbarlıqla uşaq, qadın, yaşlı demədən minlərlə məsum insanın qətlə yetrilməsinə, milyonlarla insanın evindən, yurdundan didərgin salınmasına göz yumanların Ermənistanı əzizləməkdən vaz keçmələri yerinə düşərdi. Azərbaycanın bütün diplomatik cəhdlərinə rəğmən Ermənistanın Qarabağı işğalı və gerçəkləşdirdikləri mülki insanların qətliamları qarşısında sus-pus olanların bu gün sərgilədikləri mövqe isə maləsəf ikiüzlülükdür”, – deyə Akar qeyd edib.

Müdafiə naziri bildirib ki, Ermənistanın son hücumlarıyla günahsız insanlar və uşaqlar da daxil olmaqla, insanlar şəhid edilib. Ermənistanın hazırda da günahsız insanların olduğu bölgələrə atəş açdığını dilə gətirən Hulusi Akar qeyd edib ki, Gəncə şəhərində mülki əhaliyə qarşı raketlər və qadağan edilmiş sursatlarla edilən hücumlar Ermənistanın caniliyini və gerçək üzünü ən açıq şəkildə göstərir.

“Ermənistan müharibə cinayətləri törədir. Bunun hər kəs tərəfindən bilinməsi vacibdir. Bu hücumlar qarşısında Azərbaycan artıq öz torpaqlarını erməni işğalından qurtarmaq, işğal altındakı xalqın haqlarını və hürriyətini geri almaq üçün hərəkətə keçib. Azərbaycan Silahlı Qüvvələri öz başına qələbəni əldə edə biləcək, işğal altındakı torpaqlarını azad edəcək əzmə və iradəyə sahibdir”, – deyə nazir əlavə edib.

Türkiyənin Müdafiə naziri onu da əlavə edib ki, Azərbaycan Ordusunun hər bir əsgəri bir Mübariz İbrahimov olaraq, ondan ilham alaraq, onun kimi cəsur, onun kimi qəhrəmandır: “Vətəni üçün sevə-sevə canını fəda etməkdən çəkinməyəcəkdir. Ermənistan yalan və iftiralarları buraxıb terror təşkilatları ilə öz əməkdaşlığını kəsməli, bu terrorçuları və muzdlu əsgərləri göndərməli, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”.

Problemin indi və həmən həll olunmasını tələb edən Hulusi Akar “Türkiyə bundan sonra da Azərbaycanın haqlı mübarizəsində, öz torpaqlarını azzad etmə mücadiləsində sonuna qədər yanında olmağa davam edəcək” mesajını verib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş