Hulusi Akar: “Ermənistan törətdiyi təxribatla həddini aşıb”

Hulusi Akar: “Ermənistan törətdiyi təxribatla həddini aşıb”

Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək.

“AzeriDefence”nin “Savunmasanayi.org”a istindən verdiyi məlumata görə, bunu Türkiyənin Milli Müdfiə naziri Hulusi Akar Boğaziçi Universitetində çıxşı zamanı deyib.

Hulusi Akar bildirib ki, Ermənistan bütün yaxşı niyyətli çağırışlara rəğmən həm Türkiyəyə qarşı əsassız iddialarını, həm də Azərbaycan qarşı düşmənçiliyini davam etdirir.

“Dağlıq Qarabağı haqsız və qeyri-qanuni şəkildə işğal edən Ermənistan son günlərdə Tovuz bölgəsi istiqamətində boyunu və həddini aşan hücum həyata keçirib. Azərbaycan bizim canımızdır. Bu ağrını dərindən hiss edirik. Bu mənfur hücumu ən ağır şəkildə, şiddətlə qınayırıq”, – deyə Türkiyənin Milli Müdfiə naziri vurğulayıb.

Hücum nəticəsində şəhid olanlara rəhmət, yaralılara təcili şəfa diləyən Hulusi Akar “Türkiyə olaraq hər zaman can qardaşımız Azərbaycana dəstək verməyə davam edəcəyik” deyib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş