Hulusi Akar: “Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”

Hulusi Akar: “Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”

“Ermənistanın Azərbaycanın Tovuz bölgəsinə hücumunu şiddətlə qınayırıq”.

“AzeriDefence”nin “Anadolu Ajansı” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Ermənistan silahlı qüvvələrinin hücumu zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımza təcili şəfa və qardaş Azərbaycan xalqına başsağlığı diləyirik.

Dağlıq Qarabağı işğal edən və illərdir təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, “bir millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməyə davam edəcəyik”, – deyə Türkiyənin Milli Müdafiə naziri bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş