Hulusi Akar: Fransa Dağlıq Qarabağ məsələsində həllin deyil, problemin bir hissəsi olduğunu göstərdi

Hulusi Akar: Fransa Dağlıq Qarabağ məsələsində həllin deyil, problemin bir hissəsi olduğunu göstərdi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsinə münasibət bildirib.

Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Fransa Senatının qəbul etdiyi qərar Qarabağ probleminin 30 ildir niyə həll olunmadığının bariz göstəricisi oldu. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq tərəfsiz olmalıdır. Bu qərar isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ ilə bağlı məsələnin həllin deyil, problemin bir hissəsi olduğunu bir daha göstərdi”, – deyə Hulusi Akar bildirib.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş