Hulusi Akar: “işğal olunmuş torpaqların qaytarılması prosesində Azərbaycanı dəstəkləməyə davam edəcəyik”

Hulusi Akar: “işğal olunmuş torpaqların qaytarılması prosesində Azərbaycanı dəstəkləməyə davam edəcəyik”

Təxminən 30 ildir işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün haqlı mübarizə aparan və bu mübarizəni qəhramanlıqla bitirən Azərbaycan Türkü qardaşlarımızın zəfərini qeyd edirik.

“Azeri Defence” saytının məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rəsmi sosial media hesabında deyib.

“İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və sabitlik mühitinin yenidən təmin olunması prosesində də can azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik”, – deyə Milli Müdafiə naziri bəyan edib.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş