Hulusi Akar: “Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistandır”

Hulusi Akar: “Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistandır”

Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistanın təcavüzkar münasibətidir.

Azeri Defence saytının “Anadolu” Agentliyinə istinadən veriyi məlumata görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Türkiyənin Milli Müdafiə naziri bildirib ki, işğalçı Ermənistan atəşkəsi pozaraq Azərbaycana yenidən hücum etməklə hələ də təxribat axtarışında olduğunu göstərdi.

Hulusi Akar bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə xəttindəki yaşayış məntəqələrini, mülki insanları hədəf alır.

“Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistanın təcavüzkar münasibətidir və bölgəni atəşə verəcək bu təcavüzü dərhal dayandırmalıdır. Bölgə bütövlüyünü qorumaq üçün sona qədər azərbaycanlı türk qardaşlarımızın yanında olacağıq. Ermənistanın bu çirkin hücumunu qətiyyətlə pisləyirik,” – deyə Milli Müdafiə naziri Hulusi Akar bəyan edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş