Hulusi Akar: “Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”

Hulusi Akar: “Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”

Ermənistan 30 ilə yaxındır ki, Qardaş Azərbaycan torpaqlarının 20% -nə bərabər olan Dağlıq Qarabağ və 7 rayon-bölgəni haqsız və qanunsuz olaraq işğal etmişdir. Bir milyondan çox Azərbaycan Türkü yerlərindən didərgin düşüb və 20 mindən çox şəhid verilib.

“Azeri Defence”nin məlumatına bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

“Xocalı başda olmaqla törədilən qırğınlar və Ermənistanın etdiyi vəhşilik hələ də xatırlanır. Ermənistanın 27 sentyabrda mülki yaşayış yerlərini hədəf alan hücumları son damla oldu.

Azərbaycan, Ermənistan tərəfindən həyata keçirilən hücumları dayandırmaq və torpaqlarını işğaldan azad etmək üçün “Artıq yetər!” deyərək hərəkətə keçdi. “Tək Vətən Əməliyyat Planı” nı həyata keçirməyə başladı. 44 gün davam edən, lakin 44 il danışılacaq qələbə ilə nəticələnən əməliyyatla Azərbaycanın doğma torpaqları Ermənistanın işğalından azad edildi və noyabrın 10-da Sülh Sazişi qüvvəyə mindi. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”, – deyə Türkiyənin Milli Müdafiə naziri vurğulayıb.

Hulusi Akar bildirib ki, Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək: “Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin binasının inşası və fəaliyyətə başlaması üçün Türkiyə, Azərbaycan və Rusiya arasında əməkdaşlıq davam edir”.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş