Hulusi Akar: “Türkiyə Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacaq”

Hulusi Akar: “Türkiyə Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacaq”

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını deyib.

Azeri Defence saytının “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hulusi Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib.

Milli Müdafiə naziri deyib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş