Hulusi Akar: Türkiyə hərbçiləri ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdiyi minaları da zərərsizləşdirəcək

Hulusi Akar: Türkiyə hərbçiləri ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdiyi minaları da zərərsizləşdirəcək

Türkiyə silahlı qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb.

“Azeri Defence”nin məlumatına görə, bunu bu gün Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Kayseri Hava Limanının yeni terminal binasının təməlatma mərasimində çıxışı zamanı deyib.

Hulusi Akar bildirib ki, Türkiyə silahlı qüvvələri yaxın günlərdə bölgəyə köçürüləcəklər.

“Oradakı ən vacib məsələlərdən biri də humanitar məsələlərdir. Ermənistan hər yeri yandırıb-yıxdı, bunların hamısı təsbit edildi və qeydə alındı. Ermənilər edə biləcəkləri hər cür barbarlığı etdilər, etməyə davam edirlər. Getdikləri yerlərdən geriyə bir çox mina və əl istehsalı partlayıcı maddələr qoymaqla, gələcək bütün günahsız insanların həyatına qəsd edirlər”, – deyə Milli Müdafiə naziri vurğulayıb.

Hulusi Akar bildirib: “Türkiyədən gedəcək hərbçilər bu mövzuda da Azərbaycanlı qardaşlarımıza lazım olan köməyi göstərəcək və oradakı mina, əldəqayırma partlayıcı maddələri zərərsizləşdirərək qardaşlarımızın zərər çəkməsinin qarşısını almağa çalışacaqlar.

Nəticədə, ölkəmizdə və bütün qardaş coğrafiyasında işlərimizi fasiləsiz davam etdiririk. Bilirik ki, ilk borcumuz ölkəmizin, qardaşlarımızın salamatlığı, digər vəzifəmiz isə millətlərin rifahıdır”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş