Hulusi Akar: Türkiyə hərbi qüvvələri ən qısa müddətdə Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq

Hulusi Akar: Türkiyə hərbi qüvvələri ən qısa müddətdə Azərbaycandakı vəzifələrinin icrasına başlayacaq

Türkiyə hərbi qüvvələri ən qısa müddətdə Azərbaycandakı xidmətlərinə başlayacaqlar.

“Azeri Defence” saytının Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlmata görə, bunu TUSAŞ şirkətinə ziyarəti zamanı Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Türkiyə Azərbaycanın müvəffəqiyyəti üçün nə lazımdırsa edir. Azərbaycanla bağlı bir qərar qəbul olunub. Hazırlıqlarımız tamamlanıb. Bu qərardan irəli gələn vəzifələrə uyğun olaraq ən qısa müddətdə Türkiyə hərbi qüvvələri Azərbaycandakı xidmətlərinə başlayacaqlar.

Bununla əlaqədar olaraq xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hərbi Hava Qüvvələrimiz onların daşınmasına hazırdır”, – deyə Milli Müdafiə naziri vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş