
Hulusi Akar: Türkiyə Ordusunun 60 hərbçisi Qarabağa xidmətə göndərilib
Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılmasına dair imzalanan memorandum çərçivəsində Ağdam rayonunda Mərkəzin inşası davam etdirilir.
“Azeri Defence” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin 60 hərbi qulluqçusu Azərbaycana göndərilib və onların xidmət müddəti ilə bağlı məsələni Rusiya ilə müzakirə edəcəklər.
“Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası tamamlandıqdan sonra bizim 30-60 nəfərlik heyətimiz ruslarla birlikdə orada fəaliyyətə başlayacaq. Birgə Mərkəzdə bir türk və bir rus general olacaq”, – deyə Türkiyənin Milli Müdafiə naziri vurğulayıb.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet