
Hulusi Akar: “Türkiyə-Rusiya Birgə Mərkəzinin tikintisi davam edir”
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin tikintisinin davam etdiyini bildirib.
Bu barədə “Azeri Defence” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
“İnşası davam edən Türkiyə-Rusiya Birgə Mərkəzində türk və rus hərbçiləri birlikdə xidmət göstərəcək. Hərbçilərimiz atəşkəsə riayət olunmasını təmin edəcək və atəşkəsin davamlı olması üçün səy göstərəcəklər”, – deyə Hulusi Akar vurğulayıb.
KATEQORIYA: Xəbərlər