Hulusi Akar Türkiyə-Rusiya BMM-nin generalı ilə videokonfrans formatında görüşüb

Hulusi Akar Türkiyə-Rusiya BMM-nin generalı ilə videokonfrans formatında görüşüb

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar videokonfrans formatında toplantı keçirib.

“Poliqon”un Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisi general Yaşar Gülər, Ordu Komandanları və nazir müavinlərinin də iştirak etdiyi iclasa Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində (BMM) xidmət göstərən Türk generalı da qoşulub. Ərazidəki vəziyyət və fəaliyyətlərlə bağlı raport verən komandirə Hulusi Akar müxtəlif təlimatlar verib.

“Birgə Mərkəz açıldı və işə başladı. Ümid edirik ki, digər bütün işlərlə birlikdə bu Mərkəzin də iştirakı ilə bölgədə atəşkəs davamlı olacaq, sabitlik, sülh və əmin-amanlıq təmin olunacaq. Bu çərçivədə bölgədəki ölkələrin qarşılıqlı olaraq bir-birlərinin haqq və mənafelərinə hörmət etməsinə, beynəlxalq hüquq çərçivəsində firavan şəkildə yaşamalarına ümid edirik. İstəyimiz budur.

Bu məsələni prezidentimiz dəfələrlə bəyan edib. Bunlar Prezident İlham Əliyev və Prezident Vladimir Putinlə də müzakirə olunub. Bu çərçivədə istəyimiz bölgədə sülh və sabitliyin hökm sürməsidir”, – deyə Türkiyənin Milli Müdafiə naziri vurğulayıb.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş